Xarici könüllülər türklərə qarşı döyüşəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ, Almaniya və Britaniyadan olan könüllülər Türk ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün “Suriya Demokratik Qüvvələri” koalisiyasından olan kürd yaraqlılara qoşulacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “Reuters” məlumat yayıb.

“Rəqqada döyüşmüş və hazırda Deyr-Əz-Zor rayonunda döyüşən xarici yaraqlılar Afrinə yollanmaq fikrinə düşüblər”, – deyə “SDQ” hərbi komandanlarından olan Redur Selil bildirib.

O, onlarla insanın kürdlərə qoşulacağını bildirsə də, dəqiq say barədə məlumat vermək istəməyib.

Qeyd edək ki, bir çox Qərb dövlətlərindən olan könüllülər kürdlərə dəstək olan döyüşçülər qismində İŞİD terrorçu qruplaşmasına qarşı savaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp