Türkiyə Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Suriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla da Afrində azad edilən yaşayış məntəqələrinin sayı 13-ə çatıb.

Bildirilir ki, əməliyyatlar zamanı 20-dən çox terrorçu əsir götürülüb, 214 obyekt məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp