Türkiyə Afrindəki əməliyyatlarla kifayətlənməyəcək – Ərdoğandan YENİ ANONS



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Türkiyə Suriyanın Afrin şəhərindəki əməliyyatlarla kifayətlənməyəcək”.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib ki, Türkiyə “çirkli oyunlar”ın qarşısını almaq və Suriya sərhədi boyunca bütün əraziləri terrorçulardan təmizləmək niyyətindədir:

“Zeytun budağı” əməliyyatına başlamaqla biz müxtəlif qüvvələrin oyunlarının qarşısını aldıq. Mənbicdən başlayaraq biz bütün sərhədlərimiz boyunca bölgəni terrorçulardan təmizləyib təhlükəsizliyimizi təmin edəcəyik”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp