Tovuzda gül dükanında yanan sahibkar qadın öldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Tovuz rayonunda ticarət mərkəzində yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisədən sonra Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Nərgiz Əmiraslanova bir neçə gün öncə Bakıya – Respublika Yanıq Mərkəzinə gətirilsə də, müalicələr müsbət nəticə verməyib.

Yanvarın 23-də qadının vəziyyəti daha da pisləşib. Yaxınlarının razılığı ilə qadın mərkəzdən çıxarılıb. O, Tovuz rayonuna aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisə yanvarın 18-də rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb və bədəninin 65 faizdən artıq hissəsi yanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp