Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaq yaradıldı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.
Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.
Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaq yaradılıb.
Ərazi polis nəzarətinə götürülüb.
Milli.Az