Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurdu: Biri öldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölübSumqayıt şəhərində məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb. 

Milli.Az reporta-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda, 21 nömrəli tam orta məktəbin qarşısında baş verib.

Belə ki, 39 yaşlı Bəsdi Tanrıverdiyeva və 8 yaşlı qızı Fidan Tanrıverdiyeva Sumqayıt şəhər 21 nömrəli məktəbdən çıxarkən onları avtomobil vurub. 

Qəza zamanı azyaşlı elə hadisə yerindəcə keçinib. Yaralı ana dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp