Sirkə turşusu içən polis əməkdaşı Bakıya köçürüldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şəki rayonunda sirkə turşusu içən polis əməkdaşı Bakıya göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şəki şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildiriblər ki, polis əməkdaşı Elgün Rəsulova ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakıya – Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə göndərilib.

Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp