Salyanda ev yandı – Qadın öldü
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Salyanda yanğında 71 yaşlı qadın ölüb.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xocalı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az