Qızı öldürdü, zorladı və… – Texniki Universitetin tələbəsindən DƏHŞƏTLİ CİNAYƏT



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiya paytaxtı Moskvada dəhşətli cinayət törədilib.

Milli.Az xəbər verir ki, bu haqda Moskva İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.

Onun sözlərinə görə, gənc tanış qızı boğaraq öldürüb və onu zorlayıb, daha sonra isə intihar edib. Onların cəsədləri çərşənbə axşamına keçən gecə Kazakov (Basman rayonu) küçəsindəki mənzildə tapılıb. Mərhumların hər ikisinin 19 yaşı var idi.

Münaqişənin səbəbi hələlik məlum deyil.

Məlumata görə, cavan oğlan Bauman adına Moskva Dövlət Texniki Universitetində oxuyurdu. O, Ali İqtisadiyyat Məktəbinin tələbəsi olan qızla birlikdə kirayə evdə qalırdı. Deyilənə görə, oğlanın qıza olan sevgisi cavabsız qalıb.

Gəncin cinayətdən sonra bu haqda sosial şəbəkələrdə baş verənlər barədə yazdığı bildirilir. O, həmçinin qızın valideynlərindən əməlinə görə üzr istəyib. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp