PSJ-də yeni futbolçu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fransanın PSJ klubu heyətinə yeni futbolçu qatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi 32 yaşlı yarımmüdafiəçi Lassana Diarranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Artıq onun PSJ-də hansı forma altında oynayacağı da bəllidi. Diarra Paris klubunda 19 nömrəli formanı geyinəcək.

Karyerası ərzində “Çelsi”, “Arsenal”, “Real” (Madrid) kimi nəhəng klublardan çıxış etmiş Fransa yığmasının sabiq üzvü son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda oynayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp