Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.
Milli.Az