Paltaryuyan və qabyuyan maşınlarında TƏHLÜKƏ



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Lyublyana Universiteti (Sloveniya) alimləri məişət texnikasını mikroblara görə yoxladıqda dəhşətə gəliblər.

Məlum olub ki, paltaryuyan və qabyuyan maşınlarında çoxlu sayda ziyanlı mikroblar və göbələklər yaşayır.

Alimlər xəbərdarlıq edir ki, bu mikrob və göbələklər sağlam insanlara ziyan vurmasa da immun sistemi zəif olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, uşaq və yaşlı insanlarda infeksion xəstəliklərinə səbəb ola bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, paltaryuyan və qabyuyan maşınlarında istifadə olunan yuyucu vasitələr bütün mikrobları öldürmür, onların bir hissəsi maşınların nəm hissələridə məskan salır və sürətlə çoxalmağa başlayır. 

Bu səbəbdən paltar və ya qabyuyan maşın işi bitirdikdən sonra bütün nəm hissələri qurulamaq, qapılarını açmaq lazımdır ki, maşının içi tam qurusun.  

Vaxtaşırı olaraq maşınları doldurmadan (boş) ən yüksək temperaturda işlətmək lazımdır.

Otaqda paltar və ya qabyuyan maşın işlədikdə havaçəkəni yandırmağı unutmayın.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp