Ölkədə tikinti materialları istehsalı artıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə alınan göstəricidən 46,6 faiz çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yekunları ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 2,88 milyon ton sement (2016-cı illə müqayisədə 24,3 faiz artım), 856,2 ton şüşə-lif (76,1 faiz artım), 29,8 min ton tikinti əhəngi (8,6 faiz artım), 797,5 min ton hazır beton qarışığı (96,8 faiz artım), 144,5 min kubmetr yığma beton tikinti konstruksiyası (64 faiz artım), 22,56 min ton cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,1 dəfə artım) istehsal olunub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp