“Məşhurlarla görüş” layihəsində növbəti qonaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Məşhurlarla görüş” layihəsinin budəfəki qonağı yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olacaq.

Milli.Az bildirir ki, görüş 26 yanvar saat 12:00-da Səbail rayon MKS-nin 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) baş tutacaq.

Xatırladaq ki, artıq ənənə halını almış “Məşhurlarla görüş”lərdə Musa Yaqub, Məhərrəm Qasımlı, Vahid Əziz, Ağaəli İbrahimov kimi bir çox tanınmış simalarla maraqlı tədbirlər keçirilib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp