“Luvr” muzeyində İslam incəsənəti bölməsi bağlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fransanın ən məşhur muzeylərindən biri olan “Luvr” yanvarın 28-dək İslam incəsənəti kolleksiyasının olduğu zalları bağlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb Sena çayında suyun səviyyəsinin artmasıdır.

“Daşqınlardan qorunma planına uyğun olaraq, “Luvr” rəhbərliyi İslam incəsənəti bölməsinin aşağı hissəsini azı bazar gününə qədər bağlamaq qərarına gəlib”, – muzeyin şərhində deyilir.

Muzeydən qeyd ediblər ki, həmçinin “Luvr”un yerləşdiyi sarayın qorunması üzrə tədbirlər görülür.

Xatırladaq ki, bu gün səhər Sena çayında suyun səviyyəsi 5,12 metr səviyyəsinə çatıb. Çayın məcrasından çıxması artıq naviqasiyanın dayandırılmasına və Parisdə bəzi metrostansiyaların bağlanmasına gətirib çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp