Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“İki ölkə liderləri arasında əlaqələrin davamı olaraq nazirlər Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlığı müzakirə ediblər. Tədbirin uğurlu keçməsini təmin etmək üçün əlavə birgə addımlar atmağa dair razılığa gəlinib”, məlumatda deyilir.

Məlumata əsasən, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp