Könül Xasıyeva xəstəxanadan çıxdı: “Dilim tutuldu, dişlərim töküldü…”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xalq artisti Könül Xasıyeva xəstəxanadan evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onurğa iflicindən əziyyət çəkən xanəndə “Bizimləsən” verilişində qonaq olub. 

O bildirib ki, artıq çətin günləri geridə qoyub:

“Çox yaxşıyam. Diksiyamda ləngimə var idi, indi düzəldi. Saçlarım da çıxıb. Uzun müddətdir xəstəliyim mənə əziyyət verirdi. Hacı Nuranın və “Həyat” fondunun sayəsində müalicə aldım. Xəstəlik insan üçündür. Canlıyıqsa, enişli-yoxuşlu həyat yaşayacağıq. Sağlamlıq da var, xəstəlik də. Əsas odur ki, xəstəliyə elə-belə yanaşasan. Qətiyən xəstəliyi yaxına buraxmıram. Deyirəm, mənlik deyil, get kənara. Mən sənətkaram, konsertlərim, efirlərim qalıb. Bir dəqiqəmi də lətifəsiz ötürmürəm. 

Mənim bir çox yaxınlarım var ki, Yeni ili bayram kimi qeyd etmədilər. Bir gözəl anam qədər çox istədiyim insanı itirdim. Əsas odur ki, həyatın hər mərhələsində sonacan ayaqda durasan. 

Xəstəliyin əvvəlində pis idim. Başımda bir dənə tük, dişim yox idi. Əl-ayağım tutulmuşdu. Kürəyim uzanmaqdan yara idi, dilim tutulmuşdu. Amma gözüm tutulmadığı üçün şükür edirdim. Kazımımı görə bilirdim, övladım qucaqlayırdı, nəfəsin alırdım”.

K.Xasıyeva martın 16-da Heydər Əliyev Sarayında konsert verəcəyini deyib. Müğənni söyləyib ki, gecənin aparıcısı Hacı Nuran Hüseynov olacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp