İranda Rusiyanın iştirakı ilə antiamerika alyansı yaratmaq təklif olunur



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi antiamerika alyansının yaradılmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, general Y.R.Səfəvi təklif edib ki, Rusiyanın iştirakı ilə ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı alyans formalaşdırılsın.

İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı rəsmi Vaşinqtonu İranı qorxutmağa cəhd etməkdə günahlandırıb:

“İranın Amerika alyansına müqavimət göstərmək üçün Rusiya, Suriya, Pakistan və İraqın da daxil olduğu regional koalisiya yaratması lazımdır”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp