Gürcüstan 6 milyonuncu turist “şok”unu təkrarlayacaq – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gürcüstanın Milli Turizm Administrasiyası (MTA) bu il ölkəyə 12 milyon turist gələcəyini düşünür.

12 milyonuncu turist üçün xüsusi qarşılanma və istirahət proqramı da hazırlanacaq.

Milli.Az bildirir ki, MTA ötən il ölkəyə gəlmiş 6 milyonuncu turist üçün belə proqram hazırlamışdı. Proqram barədə çəkilmiş reklam filmi isə fenomenə çevrilmişdi.

Belə ki, 6 milyonuncu turisti, əslən Hollandiyadan olan və İspaniyanın Barselona şəhərində yaşayan jurnalist, bloqer Casper Bleki Tbilisidə ölkənin baş naziri Georgi Kvirikaşvili qarşılamış, qonağın şərəfinə ziyafət vermişdi.

Videonun özü isə “Kann şirləri” reklam filmləri festivalında bürünc və gümüş mükafatları almışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

6 миллионный турист в Грузии

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp