Güclü zəlzələ Yaponiyanı təşvişə saldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Yaponiya Baş Meteoroloji İdarəsi yeraltı təkanların 6,2 bal gücündə olması barədə xəbər yayıb.

İdarənin yaydığı məlumata görə, təkanların episentri Sakit okeanda Xokkaydo adasından cənubda 30 kilometr dərinlikdə qeydə alınıb.

Adanın özündə, eləcə də Aomori və İvate prefekturalarında zəlzələ 4 bal gücündə hiss olunub.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat hələ daxil olmayıb.

Yaponiya Baş Meteoroloji İdarəsi sunami təhlükəsi barədə xəbərdarlıq etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp