Fransada terrorçu PKK tərəfdarları azadlıqdan məhrum edildi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyənin Fransanın Marsel şəhərindəki Baş Konsulluğunun binasına və təhlükəsizlik əməkdaşlarına hücum edən terrorçu PKK qruplaşması və onun qolu PYD-nin 7 tərəfdarı həbs edilib.
Milli.Az report-a istinadən xəbər verir ki, onlar Türkiyə Silahlı Qüvvələrinin Afrindəki “Zeytun budağı” antiterror əməliyyatına etiraz olaraq Baş Konsulluğun binasına və təhlükəsizlik əməkdaşlarına hücum ediblər.
Marsel məhkəməsi diplomatik missiyanın binasına daş, dəyənək və kəsici alətlər atan terror qruplaşması tərəfdarlarına 3 aydan 1 ilədək həbs cəzası verib.
Milli.Az