Evində 163 ilin pianosunu saxlayır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ağstafa sakininin 30 ilə yaxındır evində saxladığı piano bir əsrdən artıq yaşının olması və digər xüsusiyyətləri ilə həmişə gördüyümüz pianolardan fərqlənir.

Milli.Az bildirir ki, Ağstafa sakini İslam Süleymanovun qoruduğu piano diqqəti çəkir.

1855-ci ildə Fransada istehsal olunan musiqi aləti 30 ilə yaxındır ki, 69 yaşlı rayon sakininin evinin bəzəyidir. 90-cı illərdə yaxın dostundan aldığı piano necə var idisə elə də qalıb. 163 yaşı olan musiqi aləti xarici görkəmi ilə müasir pianolardan fərqlənir. Alət xüsusi fiqurlarla işlənib və üzərinə fransız dilində adı, məxsus olduğu şəhər və istehsal tarixi yazılıb.

Piano, çəkisinin yüngül olması ilə də digərlərindən fərqlənir. Pianoda demək olar ki, dəmir materiallardan istifadə olunmayıb.

İslam Süleymanovun indiyədək pianonu satmaq fikri olmayıb. Ancaq yaxşı qiymət təklif olunarsa, satacağını da istisna etmir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağstafa sakini evində 163 ilin pianosunu saxlayır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp