Evdə idmanla məşğul olmaq üçün hansı alətlər lazımdır? – QİYMƏTLƏR



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bəzən işdən gec çıxan və idman üçün müxtəlif zallara, idman komplekslərinə getməyə vaxt tapmayan insanlar evdə idman etməyi üstün tuturlar. Bu zaman isə evdə idmanla məşğul olmaq üçün müxtəlif alətlərə ehtiyac yaranır. Bəs evdə idmanla məşğul olmaq üçün hansı alətlər lazımdır və onların qiyməti neçəyədir?

Milli.Az bildirir ki, idman alətləri satan mağazalarda qiymətlər fərqlidir.

Ən çox diqqət çəkən idman alətlərindən biri çəki daşlarıdır. İdmanla məşğul olan şəxslər bu daşlardan öz çəkilərinə uyğun olanı almaqda maraqlı olur. Bu daşların bir cütünün qiyməti 14 manatdan başlayır.

Evdə müxtəlif idman hərəkətlərini etmək üçün kiçik idman aksessuarlarına da tələbat böyükdür. Mağazalarda apardığımız müşahidə onu göstərir ki, evdə idman üçün ən bahalı olanı qaçış aparatlarıdır. Bu aləti çıxmaq şərti ilə bir neçə yüz manat xərcləməklə evdə normal idman mühiti yaratmaq mümkündür. Əlbəttə ki, bu həvəskar idmanla məşğul olmaq istəyənlər üçündür. Peşəkar idmançılar üçün daha çox pul xərcləmək lazım gəlir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Evdə idmanla məşğul olmaq üçün hansı alətlər lazımdır? - QİYMƏTLƏR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp