Dünyanın 10 ən yaraşıqlı kişisi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Milli.Az axşam.az-a istinadən dünyanın ən yaraşıqlı 10 kişisinin siyahısını təqdim edir:
Omar Borkan Al-Qala – inanmaq çətin olsa da, amma Omar çox cazibədar olduğu üçün hətta Səudiyyə Ərəbistanından qovulub. Onun qeyri-adi gözləri və gülüşü qadınları özünə cəlb edir.
Robert Pattinson – onun güclü xarizması məşhur aktyor və musiqiçi olmasına gətirib çıxarıb. Robert baxışları ilə daha çox diqqət çəkir.
Bred Pitt – uzun illər kişilər arasında ən yaraşıqlı olmağı ilə seçilib. Bredin ingilislərə məxsus gözləri və saç rəngi həmişə qadınların ona baxmağa vadar edib.
Kris Evans – aktyorun mavi gözləri və təbəssümü qadınarın ağlını başlarından alır.
Şahzadə Villiams – anası şahzadə Diananın gözəlliyi ona keçib. Gənc vaxtı daha çox qızları özünə heyran qoyurdu. Hazırda yaşlansa da, amma Villiamsın səmimi baxışları onun hələ də yaraşıqlı qalmağına səbəbdir.
Conni Depp – o, həmişə “pis oğlan” görkəmində olsa da, amma cazibədarlığı ilə seçilməyi bacarır. Filmlərdə oynadığı obraz və geyindiyi kostyumlardan asılı olmayaraq, həmişə seksual görünür.
Riçard Gir – “Gözəlçə” filmindən sonra bütün qadınların ürəyini fəth edib. Bəziləri isə hesab edir ki, Riçard yaşlaşdıqca daha cazibədar olur.
Xoakin Feniks – aktyorun təkrarolunmaz gözləri sanki qadınları hipnoz edir. Dodağının üstündəki xətt isə ona şarm və güc verir.
Ceremi Miks – illər əvvəl adi insan olan Ceremi, məhkum həyatı yaşayarkən şöhrətlənib.
Belə ki, onun fotosu polis idarələrindən birinin saytında yerləşdirldikdən sonra qadınlar Miksin nə qədər yaraşıqlı olduğunu göstərmək üçün bir-birilərinə onun şəklini yollamağa başlayıblar. Ceremi bundan sonra bir sıra model agentliklərin də diqqətini çəkib.
Censen Eykls – qadınlar onu nəinki yaraşıqlı, eyni zamanda çox seksual hesab edirlər. Onun gözlərində sanki müamma olduğunu qeyd edirlər.
Milli.Az