Dünyada ilk dəfə: belə toy fotoları olmamışdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rayan Cekns və Kimberli Veqli toy gününü uzun müddət unutmayacaqlar. Çünki həmin gün dünyanın ən maraqlı, unikal toy fotoları çəkilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı beyscamperlər Rayanla Kimberli Yuta ştatındakı Moabda, kanyonlarda keçirilmiş GGBy festivalında tanış olmuşdular.

Toy gününü də onlar elə Moabdakı kanyonlardan birində qeyd etmək fikrinə düşüblər.

Tanınmıq fotoqraf Ebbi Hörn kanyonda, 230 metr yüksəklikdə, uçurumun bir tərəfindən o birim tərəfinə kanatlar çəkdirib, sonra da həmin kanatların üzərinə tor bağlayıb.

Bəylə gəlin də 230 metr dərinliyi olan uçurumun üzərində, torda durublar.

Daha sonra bəylə gəlin və qonaqlar qayalıqdan kanyona atılıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp