Azərbaycanda yeni çiyələk sortları əkilir – ildə 7 dəfə məhsul verir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Cəlilabadda sön illər açıq sahələrə nisbətən istixana şəraitində çiyələk becərilməsinə maraq artıb. Fermerlər bazara tez məhsul çıxarmaqla daha çox gəlir əldə edirlər.

Milli.Az bildirir ki, örtülü şəraitdə becərilən çiyələkdən əldə olunan məhsul mart ayında bazarlara çıxarılaraq kiloqramı 7- 8 manatdan təklif edilir. Amma bu şəraitdə becərilən çiyələk gəlirli olsa da, kifayət qədər xərc tələb edir. Bunlardan ən əsası torpaq qatının alaq otlarından qurunması üçün xüsusi örtüklərlə bağlanmasıdır. Məhsulun bol olmasından ötrü isə istixanada əkilmiş çiyələk kollarında olan xəstəliyə yoluxmuş yarpaqlar təmizlənməlidir.

Hazırda rayonda istixana şəritində əkilən çiyələk sortları Türkiyədən gətirilir. Son dərəcə məhsuldar olan yeni sortlardan ildə 7 dəfəyə kimi məhsul götürmək mümkündür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda yeni çiyələk sortları əkilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp