Argentina prezidenti: “Messi Maradonadan güclüdür”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Argentina futbolunun tarixində ən yaxşı kimdir: Messi, yoxsa Maradona?

Yaşlı nəslin əksər nümayəndələri Maradonanı birinci yerdə görürlər. 1986-cı ilin dünya çempionu da özü barədə bu fikirdədir. “Barselona”nın ulduz futbolçusu Lionel Messi isə belə polemikalardan uzaq qaçması ilə seçilir. Bu məsələ ilə bağlı Argentina prezidenti Maurisio Makri də fikrini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dövlət başçısı Messini fərqləndirib.

“Artıq çoxdan qərar vermişəm ki, Messi Maradondan daha gücüldür. Bunu Messinin stabilliyi və qollarının sayını nəzərə alıb deyirəm. Həyatın bütün sahələri kimi futbol da inkişaf edir. Müasir dövrdə dünyada ən yaxşı olmaq əvvəlki illərə nisbətən çətindir. İndi futbolda başqa temp və oyun var”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp