“Aliyə” illər sonra “oğlu” ilə



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bir vaxtlar reytinqdə ən ön sıralarda olan “Aliyə” serialının uşaq ulduzu Ayberk Koçar illər sonra aktrisa Sanem Çeliklə görüşüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc aktyor aktrisanı “Eşkiya dünyaya hükümdar olmaz” serialının çəkiliş meydançasında ziyarət edib. Çelik Koçarla illər əvvəlki pozda çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşaraq “2004-dən 2018-ə. “Aliyə” serialındakı canım oğlum Ardam məni ziyarətə gəlib. Nə qədər gözəl sürpriz etdin, gözəl qəlblim” yazıb. Foto qısa müddətdə 30 mindən çox “like” toplayıb. 

Qeyd edək ki, Ayberk “Aliyə” serialından sonra “Doktorlar”, “Pulsar” seriallarında “Son Osmanlı Yandım Ali”, “Kurbanlık” filmlərində çəkilib. Sonuncu dəfə 2013-cü ildə “Benim hala umudum var” serialında rol alıb. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp