Afrin əməliyyatlarında daha 2 türk əsgər yaralandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti “Zeytun budağı” hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər, düşmən isə 268 nəfər itki verib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp