Afaqa efirdə evlilik təklifi edildi – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Millii.Az bildirir ki, proqrama qonaq qismində gələn müğənni Afaq Aslana efirdə evlilik təklifi edilib.

Belə ki, Afaq Aslanın qonaq olacağını bilən 22 yaşlı cavan oğlan, əvvəlcədən təklif hazırlayıb. O, Afaqı hər cür qəbul edəcəyini bildirib.

Afaq isə həyatında sevdiyi biri olduğunu bildirərək yox cavabı verib.

“8 yaş məndən balacadır. Mənim münasibətdə yaş kompleksim var. Həm də həyatda istədiyim biri var”.

Qeyd edək ki, proqramın digər qonaqları aktyorlar Fərda Amin, Elcan Rəsulov və Allahverdi Yolçuyev olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Afaqa efirdə evlilik təklifi edildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp