Abşeronda soyuq hava dalğalarının sayı azalıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

1991-2015-ci illərdə Abşeron yarımadasında soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik – katibi, akademik Fəxrəddin Qədirov Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar-sinoptik şərait, külək və havanın temperaturu işlənilib, sərhəd göstəricilər (temperaturun 0 dərəcə selsi və daha az, şaxtalı dövrün iki gün və daha az olması) müəyyən edilib. Bununla yanaşı, bu dalğaları şərtləndirən sinoptik proseslər və onların təkrarlanması və davamiyyəti öyrənilib.

Araşdırmalar zamanı 1961-1990-cı illərlə müqayisədə 1991-2015-ci illərdə soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalmanın olduğu müəyyən edilib.

F.Qədirov əlavə edib ki, Xəzər dənizindəki güclü zəlzələ ocaqlarının kinomatik və dinamik parametrləri təyin edilərək dərinlik qırılmalarının seysmik aktiv hissələri və yatma elementləri dəqiqləşdirilib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp