“31 milyondan imtina edən arvadıma minnətdaram”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əfsuslar olsun ki, bu ildə xanımımla boşanası oldum. Çox çətin il oldu. Lakin xanımıma, 31 milyon funt-sterlinqdən imtina edən bu gözəl, mərd və qətiyyətli qadına minnətdaram. Məni ölməyə qoymadığı üçün.

Britaniyanın ən məşhur teleaparıcılarından olan Entoni MakPartlin belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən Londondakı O2 arenasında Britaniyada televiziya sahəsində ən nüfuzlu ödül sayılan “National Television Awards” mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, “Ən yaxşı teleaparıcı” nominasiyasında “Ant and Dec” kimi tanınan Entoni MakPartlin və Deklane Donelli “Ən yaxşı məcəra şousu”da da bütün rəqibləri üstələyiblər.

42 yaşlı Entoni MakPartlinin səhnədəki çıxışı yetərincə emosional idi.

Xanımı Elizabet Armstronqla boşanan və bu barədə yanvarın 13-də açıqlama yayan Entoni MakPartlinin dediyinə görə, təzminat qismində artıq sabiq arvadına 31 milyon funt-sterlinq ödəməyə hazırdır.

Fəqət, Elizabet bu pullardan imtina edib.

“Arvadım məşhur vizajistdir. O, pullarıma ehtiyac duymadığını dedi. Lizz məni faktiki olaraq ölümdən qurtarıb. İndi yaşayıram və buna görə ona borcluyan”,  – Entoni deyib.

E.MakPartlin ötən il narkotik maddələrdən asılılıqdan müalicə olunub. Həmin müalicə kursundan sonra çox ağır depressiyaya qapılan teleaparıcı əlavə olaraq psixoloji reabilitasiya kursu da keçməli olub.

E.MakPartlin və E.Armstronq 11 il nikahda olublar.

Entoni MakPartlin gündə 39 min funt-sterlinq qazanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp