Ərdoğandan Almaniyaya sərt reaksiya: “Sən necə dövlətsən?”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
PKK terror təşkilatı hava limanında vətəndaşlarımıza hücum edib döyür, Almaniya polisi isə kənardan baxır. Oradakı sərnişinin təhlükəsizliyi təmin olunmursa, sən necə dövlətsən?
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Hannover hava limanında kürdlərlə türklər arasında düşən dava barəsində danışarkən deyib.
Brifinqdə çıxış edən prezident Afrin əməliyyatının son terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcəyini açıqlayıb.
“Dostumuz olan Almaniyaya baxın. PKK terror təşkilatı hava limanında vətəndaşlarımıza hücum edib döyür, Almaniya polisi isə kənardan baxır. Bu necə olur? Nə vaxta qədər? Bu günə qədər bunlara göz yumduq. Oradakı sərnişinin təhlükəsizliyi təmin olunmursa, sən necə dövlətsən?”
Bəxtiyar Umarlı
Milli.Az