Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: “Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq”.
Türkiyə prezidenti daha sonra qeyd edib: “Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.
Milli.Az