Yeni virus özünü Android tətbiqi kimi aparır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Kaspersky Lab.”ın təhlükəsizlik üzrə xidməti yeni növ zərərli proqram təminatı aşkar edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, aşkar edilmiş yeni zərərli proqram təminatı Android smartfonu izləmək bacarığına sahibdir. Məlumata əsasən zərərli proqram təminatı Skygofree adlanır və saxta mobil operator saytlarından yüklənmiş tətbiqlər kimi özünü təqdim edir. Zərərli proqram təminatı mobil internetin sürətini artırmağı söz verir. Lakin yüklədikdən sonra istifadəçiyə ciddi ziyan vura bilər. Onların arasında isə aşağıdakılar var:

– Cihazın olduğu yeri təyin etmək və 3-cü şəxslərin sorğusu əsasında səsin yazılması

– Wi-Fi şəbəkəyə qoşulu vəziyyətdə məlumatların yığılması və analizi (yazılan şifrələr və brauzer tarixçəsi)

– Accessibility Services vasitəsilə WhatsApp ismarışlarının oxunması

– Hər dəfə smartfonu blokdan çıxardanda ön kamera vasitəsilə foto çəkilişi

– Zənglərin, SMS ismarışların, təqvim yazılarının və digər istifadəçi məlumatlarının ələ keçirilməsi.

Xoşbəxtlikdən bu zərərli proqram təminatı çox cihazları əhatə etməyəcək. Belə ki, son versiya Android-lər Skygofree-nin smartfonu ələ keçirməsinə imkan vermir. Buna baxmayaraq mənşəyini bilmədiyiniz saytlardan tətbiq yükləməməyi məsləhət görürük.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp