“Yanında durub kömək edirdim” – Xalasıoğlu ilə cibgirlik edən şəxs – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər zərərsizləşdirilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuşlar – Səfər Əliyev və onun qohumu Sakit Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs ötən ilin dekabr və 2018-ci ilin yanvar ayı ərzində 40 və 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.

Səfər Əliyev – Saxlanılan şəxs: “Xalamoğlu Sakitlə bir yerdə 85 nömrəli avtobusdan telefon aparmışıq. Yanında durub kömək edirdim”.

Sakit Əliyev – Saxlanılan şəxs: “1-2 həftə xalamoğlum yanımda olub. Qalanında tək olmuşam. Xalamoğluyla birlikdə 3-4 oğurluq etmişik”.

Qeyd edilən faktlarla bağlı Nəsimi cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Yanında durub kömək edirdim" - Xalasıoğlu ilə cibgirlik edən şəxs

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp