Talassemiya Mərkəzi də publik hüquqi şəxs edildi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda etdiyi dəyişikliklər əsasında Talassemiya Mərkəzi publik hüquqi şəxs edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni dəyişiklik əsasında Talassemiya Mərkəzinin adı siyahıdakı “Büdcədən maliyyələşən müəssisələr” bölməsinin ” Tibbi mərkəzlər və birliklər” hissəsindən çıxarılıb.
Qeyd edək ki, NK-nın bundan əvvəlki qərarı ilə Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs edilmişdi.
Milli.Az