Sutka ərzində qeydə alınan cinayətlərin STATİSTİKASI
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 22-də sutka ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-nun üstü “isti izlər”lə açılıb.
DİN-dən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində