“”Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan üçün, həm də Azərbaycan üçün ümumi prioritetdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Onun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: “”Şimal-Cənub” layihəsi Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır”.

Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: “Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp