Şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktorunun məhkəməsi başlayır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılmaq üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Fizuli Mirzəquliyevin rəhbərliyi ilə yaxın günlərdə baxılacağı bildirilir.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur.

Hadisədən sonra G. Alxasov  barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp