“Şaban”ın oğlu Nazlı Qurbanzadə ilə nişanlandı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Əfsanəvi türk aktyor Kemal Sunalın (Şaban) oğlu Ali Sunal ikinci dəfə evlənir.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, 1 dəfə ailəli olub ayrılan aktyor hazırda nişanlıdır. O, nişanlısı, vəkil Nazlı Qurbanzadə ilə nikah masasına oturmağa hazırlaşır.
Qeyd edək ki, Ali Sunal 2011-ci ildə Gökçe Bahadır ilə ailə qurub, 2012-ci ildə boşanıb. O, ötən gün Nazlı Qurbanzadə ilə nişanlanıb. İkili yayda toy edəcəklər.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində