Rəşad Sadıqovun komandası Gürcüstana qarşı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama matçını keçirəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaqlar.
Əvvəlki oyunlarda “Alanyaspor” klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-20-nə məğlub olmuşdu (0:1).
Qeyd edək ki, U-21 Antalyadakı son sınaq matçını isə yanvarın 26-da yenidən albaniyalılara qarşı keçirəcək.
Yoxlama oyunu – 23 yanvar
19:00. Azərbaycan U-21 – Gürcüstan U-21
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində