Qardaşlaı bitcoinə görə 600 milyon dollardan çox pul itirdilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Son günlərdə bitcoin və ən məşhur altcoinlər öz qiymətlərində 10% düşüş yaşayırlar.

Lakin bu cür qiymət düşüşü zamanı ən maraqlısı birja qrafikləri deyil, həmin kriptovalyutalar arasında duran insanlardır. Keçən il ən məşhur bitcoin investorlardan biri də Winklevoss qardaşları oldular. Onları ilk bitcoin milyarderləri adlandırırdılar. Lakin ən məşhur kriptovalyutanın qiymətinin enməsi ucbatından Winklevoss qardaşları 2 gün ərzində 600 milyon dollardan çox vəsait itirdilər. Bu barədə Business Insider saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, tayler və Cameron Winklevoss bitcoinə öz ilk investisiyalarını kriptovalyutanın qiymətinin 120$ olduğu vaxtda etmişdilər. İnvestisiyalar üçün olan vəsait isə onlara 2008-ci ildə “Facebook”un təsisçisi Mark Zuckerberg ilə olmuş məhkəmə prosesindən sonra qalmışdır. Həmin vaxtda qardaşlar Mark-ı ideya oğurluğunda və ConnectU saytının kodunun kopyalanmasında ittiham etmişdilər. Nəticədə qardaşlar Mark-dan 65 milyon dollar təzminat almışdılar. Daha sonra isə onlar həmin vəsaiti 120.000 bitcoin alışı üçün istifadə etmişdilər.

2017-ci ildə bitcoinin qiyməti 100 dəfə qalxaraq qardaşları bitcoin milyarderləri etdi. Onlardan sonra dünyada olan yeganə bitcoin milyarderi bu kriptovalyutanın yaradıcısı Satoshi Nakamoto hesab olunur. Lakin bitcoinin məzənnəsinin qeyri-stabilliyi onun əsas mənfi özəlliyidir. Belə ki, Çin və Cənubi Koreyanın kriptovalyuta ilə istənilən əməliyyatlara qadağa qoyması bitcoinin qiymətini kəskin şəkildə aşağı saldı. Nəticədə Winklevoss qardaşlarının pul itkiləri 600 milyon dolları keçib. Onların əvvəlcədən dedikləri sözlərə inansaq bu cür düşüş onları narahat etmir. Belə ki, onlar hələ də müsbətdədirlər və bitcoini uzunmüddətli investisiya kimi qəbul edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp