“Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbağça”nı ziyarət etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Qarabağ” və “Qəbələ”nin mətbuat xidmətlərinin rəhbərləri Nurlan İbrahimov və Anar Hacıyev “Fənərbağça”nı ziyarət ediblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub rəsmilərini “sarı-lacivərtlilər”in İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Necati Mete və  Rəqəmsal və Sosial Media şöbəsinin səlahiyyətli nümayəndəsi Çağatay Durqun müşaiyət edib.

“Fənərbağça”nın rəqəmsal və sosial media ilə əlaqələri barədə məlumat alan “Qarabağ” və “Qəbələ” rəsmiləri ardınca “Şükrü Saraçoğlu” stadionu və klubun bazasını gəziblər.

Arenada xatirə fotosu çəkdirən qonaqlar paltardəyişmə otaqlarına da baxıblar.

Azərbaycanlı klub rəsmiləri ziyarət çərçivəsində “Fənərbağça” televiziyası və jurnalının redaksiyası ilə də tanış olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp