Pilotsuz Tesla bu il satışa çıxa bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Wikipedia-nın yaradıcısı Jimmy Wales-in fikrincə pilotsuz Tesla (4-cü avtopilot səviyyəli) avtomobili bu ilin sonunda və ya bəlkə də ondan da tez satışa çıxacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə Wired saytı xəbər verib. “Bunun üçün Elon Musk yetəri qədər dəlisov insandır” – deyə Jimmy Wales bildirib. Avtomobil sənayesinin mühəndisləri cəmiyyəti (SAE International) robomobilin 5 avtonomluq səviyyəsini təyin edib. 5-ci səviyyə avtopilotun real sürücüdən heçnə ilə fərqlənmədiyi və hətta ondan daha üstün olduğu səviyyədir. Digər 4 səviyyəni isə qeyri-formal olaraq ayaqlar, əllər, gözlər və beyin adlandırırlar. Bir qayda olaraq texnologiyaların inkişafı zamanı avtomobil sürən zaman bədənin məhz bu hissələri lazım olmur. “Mən düşünürəm ki, Tesla şirkəti bir dəfəlik 4-cü avtonom səviyyəli avtomobili bu il təqdim edəcək” – Wales bildirib.

4-cü səviyyə avtonom rejimi tamamilə pilotsuz avtomobil deməkdir. Bu halda real sürücünün müdaxiləsi yalnız ekstremal vəziyyətlərdə ola bilər. Bazara 3-cü avtonom səviyyəli heç bir Tesla modelinin çıxmadığını nəzərə alaraq Wales-in nikbinliyi təəccübləndirir. Lakin o düşünür ki, bu işdə tədricilik heç də şərt deyil. “Baxmayaraq ki, 5 səviyyəyə bölünmə nəzəri cəhətdən məna daşıyır, praktiki olaraq 3-cü və 4-cü səviyyə arasında fərq yoxdur. Əslində 3-cü səviyyə təhlükəlidir. Çünki o, insandan adaptasiya olmadığı bacarıqları tələb edir. Əsasən də iki proses üzərində eyni anda fokuslanmağı, sıxıcı yollarda sayıq olmağı tələb edir. Əgər sizdən yola fikir vermək tələb olunmursa və bununla yanaşı ehtiyyatlı olmaq lazımdırsa siz nə ilə məşğul olacaqsınız? Kitab oxuyub, söhbət edib və ya televizora baxacaqsınız? Qəzadan xilas olmaq üçün siz sıxıcı serialdan ayrılıb millisaniyə ərzində əl ilə idarə sisteminə keçid edə biləcəksinizmi? Bu halda şanslar yüksək deyil” – deyə Wales bildirib.

“Tesla”nın hal hazırki avtopilot sistemi 2-ci səviyyəlidir və o, sürücüdən daimi yola nəzarəti tələb edir. Lakin Wales-in fikrincə insanlar qismən öz diqqətlərini cəmləyə bilmirlər. 2016-cı ildə bir şəxsin Model S avtomobili ağ rəngdə olmuş yük maşınını səmanın bir hissəsi kimi qəbul etmişdi. Sürücü isə bu zaman avtomobildə film izləyirdi. Nəticədə o, vaxtında avtomobili saxlaya bilmədi və avtomobil yük maşını ilə qəzaya düşdü. Hadisə zamanı sürücü vəfat etmişdi. Faktiki olaraq həmin qəza sürücünün səhvi ucbatından baş vermişdi. İnsanlar isə “Tesla” şirkətinin avtomobillərini almağa davam etdilər. Walse-in fikrincə brendin pərəstişkarlarının bu cür düçüncəsi tamamilə avtonom avtomobilin yaradılmasını şirkətə zəmanət verir. Bu isə o deməkdir ki, Elon Musk digər avtomobil istehsalçılarından fərqli olaraq daha böyük risklərə gedə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp