Metabolizmi sürətləndirən qidalar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yaşıl çay: Son illərdə aparılan araşdırmalara görə kafi və balanslı qidalanan insanlarda yaşıl çayın tərkibindəki katexin qarın bölgəsindəki yağ kütləsini azaldır və çəki idarəsində mühüm rol oynayır.

Su: Hər gün 2 litr su içmək toxluq hissi yaradır və aclıq hissini azaldır.

Darçın: Milli.Az deyerler.org-a istinadən bildirir ki, şəkər xəstəliyində qanda şəkər səviyyəsini tarazlaşdırıcı bir təsiri vardır. Gün ərzində yediyiniz meyvələrin üzərini 1 qaşıq darçın ilə bəzəyərək yeyin. Darçın toxluq və aclıq hissini nizamlayır.

Qırmızı acı bibər: Acı istiotun tərkibindəki kapsaisin maddəsinin metabolizmi sürətləndirən təsirə malik olduğu elmi araşdırmalarla sübut olunmuşdur.

Alma sirkəsi: Metabolizmi sürətləndirən təsirə malik olduğu məlumdur. Günorta və axşam yeməklərində salatlara 1 qaşıq alma sirkəsi əlavə edin.

Zəncəfil: Tərkibindəki maddələr qan dövranı və həzm sisteminə yaxşı təsir edir. Ədviyyat olaraq istifadə edilən zəncəfil, mədə və bağırsaqlarda yaranan bəzi problemləri aradan qaldırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp