LG G7-ni sıfırdan hazırlamaq üçün təxirə saldılar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yeni flaqman modeli LG G7-nin anonsuna çox qısa bir müddət qaldığı bir vaxtda “LG Electronics” şirkətinin CEO-su Jo Seong-jin gözlənilmədən smartfonu sıfırdan yığmaq və onun təqdimatını təxirə salmaq qərarını verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə The Investor saytı xəbər verib. Anonim mənbələrin verdikləri məlumatlara əsasən bu cür qərarı Jo Seong-jin CES 2018 texnoloji konfransında verib. Görünür, o, digər şirkətlərin texnologiyalarından ilhamlanaraq G7 modelinin flaqman adına layiq görülmədiyini anlayıb. Buna görə də smartfonu yenidən yığaraq onun özünəməxsus özəlliyini ortaya çıxartmaq üçün o bu qərarı verib. Nəticədə smartfonun hazırlanmasına sıfırdan start verilib.

Heç istisna deyil ki, smartfon tamamilə başqa cür adlandırılacaq. Belə ki, bir neçə müddət bundan öncə şayiə gəzirdi ki, şirkət G seriyasının rebrendiqini etməyi düşünür. Görünür, buna görə şirkətin rəhbəri CES 2018-də çıxış edərkən bildirmişdi ki, “LG” öz rəqiblərinə cavab olaraq qrafik üzrə deyil, lazım olduğu vaxtlarda smartfon istehsalına başlayacaq. Çox güman ki, LG G7-ni MWC 2018-də təqdim etməyəcəklər. Güman olunur ki, smartfonun anonsu Mart-Aprel aylarında olacaq. Lakin bunlar yalnız təxminlərdir. Belə ki, heç şirkətin özü də hələki bilmir ki, yeni smartfonu nə zaman təqdim etməyə hazır olacaq. Şirkət bu sualın cavabını 16 Fevral tarixinədək müəyyənləşdirməyi planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən m

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp