Hollivudun ən qocaman aktrisası vəfat etdi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Hollivudun ən qocaman aktrisası Konni Soyer 106 yaşında vəfat edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, aktrisa Los – Ancelesdəki evində dünyasını dəyişib.
Konni Soyer 1912-ci ildə Rumıniyadan olan yəhudi mühacirləri ailəsində anadan olub. 1959-cu ildə əfsanəvi Frenk Sinatra ilə bir filmdə çəkilib.
Aktrisa sonuncu dəfə 2013-cü ildə “Ray Donovan” televiziya filmində miss Sallivan rolunda çəkilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin