Göbələk qaşıntısına qarşı tədbirlər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Alma sirkəsi: İlk olaraq su ilə qarışdırılmış alma sirkəsi ilə yoluxmuş dəri yuyulur. Bu qarışıq qaşıntıya qarşı çox təsirlidir. Alma sirkəsi qarışığı müxtəlif dəri infeksiyalarına nəzarət etmədə köməkçi olan anti bakterial xüsusiyyətlər daşıyır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, iki yemək qaşığı alma sirkəsi, iki stəkan ilıq su ilə qarışdırılır. Bu qarışıq ilə yoluxmuş olan sahə yuyulur və öz-özünə qurumasını gözləmək lazımdır. Bu üsul, xüsusilə yatmadan əvvəl gündə, iki və ya üç dəfə təkrarlanmalıdır.

Soğan suyu: Antigöbələk, antibiotik və qızdırma salan xüsusiyyətlərinə görə, soğan da göbələk müalicəsində istifadə edilir. Qaşıntı kimi göbələk əlamətlərini azaltmağa kömək olur. İlk olaraq soğan bir xəmir halına gələnə qədər əzilir. Soğan püresi viruslu sahə üzərinə tətbiq olunur.

Təxminən 30 dəqiqə müddətlə dəridə saxlanılır və sonra ilıq su ilə yaxşıca yuyulur. Daha sonra dəri yaxşıca qurulanır. Bu üsul gündə 2 dəfə təkrarlana bilər. Soğanın özündən başqa, soğan suyu da istifadə edilə bilər. Bundan əlavə, bütün bədəni mikrobdan qorumaq​ üçün soğanı​ yeməklərdə də istifadə edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp