Facebook-da pornointiqam və 2 illik həbs cəzası



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Keçən ilin Noyabr ayında məlum olmuşdu ki, Facebook dövrünün sosial mediada yeni hadisələrindən biri də pornointiqamdır.

Belə ki, münasibətdə olmuş və sonradan ayrılmış iki şəxsdən biri digərini bütün dünya qarşısında biabır etmək üçün onun çılpaq foto və videolarını paylaşır.

Milli.Az technote.az-a istinadən bildirir ki, qanuni cəhətdən bu cür kontentin hansısa şəxsin razılığı olmadan sosial mediada yaymaq dələduzluq hesab olunur və belə dələduzluğa görə Daniyada artıq 1000-dən çox insan cəzalandırılıb. Bu, tarix boyu bu cür vəziyyətlə bağlı ən böyük haldır. Bu barədə Mashable saytı xəbər verib.

Polislərin məlumatlarına əsasən bu il 15 yaşlı iki şəxsin iştirakı ilə Facebook Messenger vasitəsilə 2 video və 1 foto göndərilmişdir. Video şəbəkə ilə 100 dəfə göndərilmişdir. Videonun yayılmasında isə ümumilikdə 1004 şəxs günahlandırılır. Onlardan 800-ü kişidir. Videonu paylaşmış şəxslərdən çoxu bunu bir dəfə edib. Digərləri isə videonu 100 dəfə paylaşıblar. Onlar bunu qanunsuz olduqlarını bildikləri halda ediblər. Məlumata əsasən “Facebook“a videonun yayılması barəsində bildirişlər gəlib və şirkət bu barədə ABŞ hökumətinə məlumat verib.

Daha sonra məlumatlar Daniya polislərinə ötürülüb. Onlar isə öz istintaqlarına start veriblər. Daniyanın qanunvericiliyinə görə bu cür kontentin yayılması halında istənilən şəxsi 2 ilədək azadlıqdan məhrum etmək cəzası gözləyir. Buna baxmayaraq sözügedən halda günahlandırılan şəxslər 20 gün müddətinə azadlıqdan məhrum olunmaq cəzası ilə qarşılaşırlar. Lakin hər halda onlar növbəti 10 il üçün qanun pozucuları siyahısına düşəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp